Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib

Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
  24 Fevral 2020    Oxunub:1851
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yarımfinal turu Bakı şəhərində 7, Naxçıvan Muxtar Respublikasında 1 və bölgələrdə 11 mərkəz olmaqla ümumilikdə 19 mərkəzdə təşkil edilib.

Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, informatika, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib.

Xatırladaq ki, Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi yanvarın 12-də 33 mindən çox şagirdin iştirakı ilə reallaşıb. Olimpiadalar “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti