Daha bir müsəlman ölkəsində koronavirus aşkarlandı

Daha bir müsəlman ölkəsində koronavirus aşkarlandı
  24 Fevral 2020    Oxunub:1982
Küveytdə üç nəfərdə koronavirusa yoluxma halı aşkar edilib.
Azvision.az xəbər verir ki, bu barədə “KUNA” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd olunur ki, virusa yoluxanlar İranın Məşhəd şəhərindən gələnlərdir. Virusa yoluxmuş şəxslərdən biri 53 yaşlı Küveyt vətəndaşı, digəri 61 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşıdır, üçüncü xəstənin 21 yaşı var, vətəndaşlığı hələ müəyyən edilməyib. Onlar tibbi nəzarətdə saxlanılırlar.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Küveyt   Koronavirus  





Xəbər lenti