622 vakant vəzifə müsahibəyə çıxarılıb
Ən yüksək müsabiqə vəziyyəti Dövlət Statistika Komitəsi Zəngilan Rayon Statistika İdarəsinin rəhbərliyində aparıcı məsləhətçi (1 vakant yer üzrə 83 namizəd), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək siyasəti şöbəsinin Əmək şəraiti və əməyin mühafizəsi sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 69 namizəd) və Gənclər və İdman Nazirliyinin Goranboy rayon Gİİ-də aparıcı məsləhətçi (1 vakant yer üzrə 67 namizəd), İsmayıllı rayon Gİİ-də aparıcı məsləhətçi - gənclər sahəsi üzrə (1 vakant yer üzrə 57 namizəd), Cəlilabad rayon Gİİ-də aparıcı məsləhətçi (1 vakant yer üzrə 44 namizəd) vəzifələri üzrə qeydə alınıb.
Müsahibələrin martın 2-dən iyulun 27-dək keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində adı seçib, açılan müraciət formasında “İMTİNA” düyməsini sıxmaq lazımdır.
Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
Azvision.az
Teqlər: DİM