Təhlükəli virus Əfqanıstana da çatdı

Təhlükəli virus Əfqanıstana da çatdı
  24 Fevral 2020    Oxunub:2143
Əfqanıstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.
Azvision.az TASS-a istinadən xəbər verir bu barədə ölkənin səhiyyə naziri Firozuddin Feroz bildirib.

Onun sözlərinə görə, təhlükəli virus ölkənin şimal-qərbində yerləşən Herat əyalətində aşkar edilib. Bununla əlaqədar vilayətdə fövqəladə vəziyyət elan edilib.

Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsi Heratdan İrana quru və hava tranzitinin dayandırılması barədə göstəriş verib.

Qeyd edək ki, koronavirus aşkar edilən vilayət İranla sərhəddə yerləşir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Koronavirus  





Xəbər lenti