Qurban Qurbanov Rayan Giqqzlə görüşüb - FOTO

Qurban Qurbanov Rayan Giqqzlə görüşüb -    FOTO
  24 Fevral 2020    Oxunub:2971
AVRO-2020-nin qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin baş məşqçisi Rayan Giqqz bu gün "Qarabağ"ın ev oyunlarını keçirdiyi Tofiq Bəhramov adına Respublika stadionunda olub.
Azvision.az klubun saytına istinadən xəbər verir ki, R.Giqqz daha sonra isə Ağdam təmsilçisinin bazasını və "Azərsun Arena"nı ziyarət edib.



Klubun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə üzərində adı yazılmış "Qarabağ" forması hədiyyə olunub. Giqqz sonda komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.







Azvision.az


Teqlər: Qarabağ   Klub   Görüş  





Xəbər lenti