Milyarder özünü pəncərədən atdı

Milyarder özünü pəncərədən atdı
  25 Dekabr 2013    Oxunub:978
86 yaşlı Amerikalı biznesmen Robert Uilson Nyu-Yorkun Manhetten rayonundakı evinin 16-cı mərtəbəsindən özünü atmaqla intihar edib.
AzVision.az qərb mətbuatına istinadla xəbər verir ki, milyonçu, öz çevrəsinə yad olan səxavətliliyi ilə tanınırdı. Bundan başqa ölüm öncəsi Robert Uilson məktub da yazıb. Lakin onun mətni polis tərəfindən gizli saxlanılır.

Ehtimal olunur ki, Uilsonun intiharına səbəb sağlamlığında mövcud olan problemlərdir. Yaxınları onun infarkt keçirdiyi və bundan sonra yaşamaq istəyinin azaldığını söyləyirlər.

Mərhumun yaxın dostlarından biri jurnalistlərə açıqlamasında Robert Uilsonun ən böyük hədəfinin daha çox ehtiyacı olanlara yardım etmək olduğunu söyləyib. Ateist olmasına rəğmən Uilson ölkənin əksər yerlərində bağlanan katolik məktəblərini maliyyələşdirirdi. Bundan başqa ətraf mühitin və tarixi abidələrin mühafizəsi üçün də Uilson pullarını əsirgəmirdi.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti