Moskva və Ankara İdliblə bağlı danışıqları davam etdirəcək

Moskva və Ankara İdliblə bağlı danışıqları davam etdirəcək
  24 Fevral 2020    Oxunub:2084
Moskva və Ankara İdlib ətrafındakı vəziyyəti nizamlamaq üçün məsləhətləşmələri davam etdirəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, indi növbəti silsilə məsləhətləşmələr hazırlanır.

“Rusiya Federasiyası ümid edir ki, məsləhətləşmələrin nəticəsi İdlibdəki de-eskalasiya zonasının normal işləməsi ilə bağlı razılaşmaya gətirəcək. Əminik ki, bu məsləhətləşmələr həqiqətən də de-eskalasiya zonasının fəaliyyət göstərməsinə, terrorçuların orada ev sahibliyi etməməsinə səbəb olacaq”, - deyə Lavrov əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Rusiya   Lavrov   Suriya   İdlib  





Xəbər lenti