Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini üzərinə götürdü
R.Rəhmanov Report-a bildirib ki, hazırda növbəti əməliyyata hazırlaşır: "Bakı Sağlamlıq Mərkəzində əməliyyat olunmuşam. Növbəti əməliyyata hazırlaşıram. İkinci əməliyyat həkimlər üçün çətinlik yaradır. Hazırda növbəti əməliyyat üçün bədənim və orqanizmimdə bərpa işləri aparılır. Səhhətimdəki problemlərlə bağlı bir neçə diaqnoz qoyulub. Neçə vaxtdır ki, öd kisəmdə daş olub. Bundan xəbərsiz olmuşam. Bundan sonra qanla qarışma olub və zəhərlənmə verib. Bununla da qaraciyər sıradan çıxıb. İndi o daşı çıxarıblar".
Azvision.az
Teqlər: Əməkdar-artist Müalicə Fond