Dünyanın ən yaşlı kişisi vəfat etdi

  25 Fevral 2020    Oxunub : 2516
Dünyanın ən yaşlı kişisi vəfat etdi
Yaponiyanın Niiqata prefekturasının 112 yaşlı sakini Titetsu Vatanabe vəfat edib.
Azvision.az xəbər verir ki, dünyada ən yaşlı kişi kimi Ginnesin Rekordlar kitabına düşən 1907-ci il təvəllüdlü Titetsu Vatanabe fevralın 23-də dünyasını dəyişib.

Qeyd edilib ki, hazırda Yaponiyanın ən yaşlı sakini Fukuoka prefekturasında yaşayan 117 yaşlı Kane Tanakadır. O, Ginnesin Rekordlar kitabına görə planetin ən yaşlı qadını hesab olunur.

Azvision.az

Teqlər: Yaponiya