Sabiq baş nazirlər Koçaryana zamin duracaqlar

Sabiq baş nazirlər Koçaryana zamin duracaqlar
  25 Fevral 2020    Oxunub:3178
Ermənistanın keçmiş baş nazirləri Vazqen Manukyan, Xosrov Arutyunyan, Karen Karapetyan, həmçinin Dağlıq Qarabağdakı separatçı rejimin sabiq “baş naziri” Anuşavan Danielyan ikinci prezident Robert Koçaryana qarşı həbs qətimkan tədbirini dəyişdirmək üçün ona zamin durmaq niyyətindədirlər.
Azvision.az xəbər verir ki, bu barədə Robert Koçaryanın vəkil heyəti açıqlama yayıb.

Hazırda Ermənistanın sabiq prezidentinin vəkilləri növbəti məhkəmə iclaslarının birində ərizə təqdim etmək üçün lazımi sənədləri hazırlayırlar.

Xatırladaq ki, 2019-cu ilin may ayında hakim David Qriqoryan Qarabağdakı separatçı rejimin hazırkı rəhbəri Bako Saakyan və sabiq "lider" Arkadi Qukasyanın şəxsi zəmanəti ilə Koçaryanı azad edib. İyunun 25-də isə Apelyasiya Məhkəməsinin hakimi Armen Danielyan qərarı ləğv edib və Koçaryanı həbsə qaytarıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti