20 yanvar faciəsini törədən Dmitri Yazov öldü

  25 Fevral 2020    Oxunub : 5808
20 yanvar faciəsini törədən Dmitri Yazov öldü
SSRİ-nin müdafiə naziri olmuş Dmitri Yazov dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Marşal uzun sürən xəstəlikdən sonra fevralın 25-də Moskvada vəfat edib.

Qeyd edək ki, Yazov 1924-cü il noyabrın 8-də anadan olub. 1987-1991-ci illərdə keçmiş SSRİ-nin müdafiə naziri olub. 1990-cı ildə Sovet İttifaqı marşalı hərbi rütbəsinə layiq görülüb.

Dmitri Yazov 1990-cı il yanvarın 20-də Bakıda və ölkəmizin başqa bölgələrində törədilmiş qanlı cinayətlərin icraçılarından biri olub.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakıda dinc əhaliyə qarşı qətliam törədib. Hadisə nəticəsində 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Dmitri-Yazov