Nazirlər koronavirusu müzakirə etdilər

Nazirlər koronavirusu müzakirə etdilər
  25 Fevral 2020    Oxunub:2840
Azərbaycan və Türkiyənin səhiyyə nazirləri arasında koronavirusa qarşı görüləcək tədbirlərlə bağlı telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter”də yazıb.

“Azərbaycanın Səhiyyə naziri, dostumuz Oqtay Şirəliyevlə telefon danışığımız oldu. Qonşu ölkələrdə yaşanan koronavirusa qarşı Türkiyə və Azərbaycan olaraq həyata keçirəcəyimiz tədbirlər barədə fikir mübadiləsi apardıq”, - deyə nazir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Nazir   Koronavirus  





Xəbər lenti