Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır

 Paşinyan xalqın diqqətini problemlərdən yayındırmağa çalışır
  25 Fevral 2020    Oxunub:2378
Ermənistan hakimiyyəti sabiq prezident, Respublika Partiyasının rəhbəri Serj Sarkisyana qarşı qaldırılmış cinayət işi ilə erməni xalqının diqqətini ağırlaşmış problemlərdən yayındırmağa çalışır.
Azvision.az xəbər verir ki, bu barədə sabiq iqtidar partiyasının bəyanatda bildirilib.

Qeyd edilib ki, fevralın 25-də Sarkisyana qarşı uydurma və absurd cinayət işi üzrə məhkəmə prosesi başlayır.

"Şübhəli vəziyyətdə alınan bir ifadə əsasında cinayət işinin başlanması, Xüsusi İstintaq Xidmətinin qanunsuzluğu, Serj Sarkisyanın dövlət təbliğat maşını tərəfindən hədəf kimi istifadə edilməsi işin siyasi motivli, sifarişli olduğunu göstərir".

Bəyanatda, həmçinin vurğulanıb ki, proses hakimiyyətin Qarabağa dair danışıqlar kontekstində, diplomatiya və təhlükəsizlik sahəsindəki faydasız fəaliyyəti fonunda başlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti