İranda koronavirusdan ölənlərin sayı 15-ə çatdı

 İranda koronavirusdan ölənlərin sayı 15-ə çatdı
  25 Fevral 2020    Oxunub:2717
İranda koronavirusa yoluxanların sayı 95 nəfərə çatıb, onlardan 15-i ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kianuş Cahanpur bildirib.

"Bu günə qədər İranda 95 koronavirusa yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb”, - deyə Cahanpur əlavə edib.

Beləliklə, bazar ertəsindən bu yana virusa yoluxanların sayı 34-ə çatıb, ölənlərin sayı 3 nəfər artıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: İran   Koronavirus  





Xəbər lenti