Sarkisyanı dəstəkləyənlər məhkəmə binasına toplaşdı

 Sarkisyanı dəstəkləyənlər məhkəmə binasına toplaşdı
  25 Fevral 2020    Oxunub:2262
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanı dəstəkləmək üçün onlarla insan İrəvanda məhkəmə binasının qarşısına toplaşıb.
Azvision.az xəbər verir ki, bu gün məhkəmədə Sarkisyanın ittiham olunduğu "dizel" işi üzrə ilk məhkəmə iclası keçiriləcək. Sabiq prezident vəzifə səlahiyyətlərindən sui-istifadədə, dövlətə 1 milyon dollar ziyan vurmaq da ittiham olunur.

Onun rəhbərlik etdiyi Respublika Partiyası irəli sürülən ittihamları uydurma hesab edir. Partiyanın gənclər qanadının lideri Ayk Mamicanyan bildirib ki, toplananlar arasında tanımadığı insanlar da var.

Onlar narahatlıq keçirirlər və Ermənistanın keçmiş iki prezidentinə qarşı uydurulmuş cinayət işlərindən təəssüflənirlər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti