Ərdoğan 10 naziri istefaya göndərdi

Ərdoğan 10 naziri istefaya göndərdi
  26 Dekabr 2013    Oxunub:1134
Türkiyədə rüşvət və korrupsiya qalmaqalıdan sonra hökumətin tərkibində köklü dəyişikliklər edilib.

Baş naziri Rəcəb Tayyib Ərdoğan Prezident Abdullah Gül ilə görüşdən sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, yeni kabinetdə 10 dəyişiklik edilib.

Yeni dəyişikliyə əsasən, millət vəkili Əmrullah İşlərin Baş nazirin müavini Bəkir Bozdağın yerinə gətilib. B.Bozdağ isə ədliyyə naziri təyin olunub.
AKP-dən olan millət vəkili Lütfi Əlvan nəqliyyat, dənizçilik və kommunikasiya naziri təyin olunub.

Ərdoğan Ailə və Sosial Siyasət Nazirliyini Ayşənur İslam, Avropa İttifaqı işləri üzrə Nazirliyini isə Mövlud Çavuşoğluna həvalə edib.

Elm, sənaye və texnologiya naziri vəzifəsinə Fikri İşıq, ətraf mühit və şəhərsalma naziri vəzifəsinə isə İdris Güllüce təyin olunub.

AKP hakimiyyətinin dəyişikliyə görə, Nihat Zeybekçi iqtisadiyyat naziri, Akif Çağatay Kılıç gənçlər və idman naziri, Efkan Ala isə daxil işlər naziri vəzifələrində fəaliyyətlərini davam etdirəcəklər.

Xatırladaq ki, ötən gün adı rüşvət və korrupsiya qalmaqalında hallanan iqtisadiyyat və daxili işlər nazirləri Zəfər Çağlayan və Müəmmər Gülər, həmçinin şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar istefa veriblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti