İtaliyada kritik vəziyyət - Ölənlərin sayı artır

  26 Fevral 2020    Oxunub : 4174
İtaliyada kritik vəziyyət - Ölənlərin sayı artır
İtaliyada koronavirus səbəbindən ölənlərin sayı 12 nəfərə çatıb, 325 nəfərdə isə infeksiya aşkarlanıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, yoluxma halları İtaliyanın 20 bölgəsinin 9-da qeydə alınıb.

Əvvəllər olduğu kimi, virusa yoluxanların əksəriyyəti, 240 nəfəri Lombardiyada yaşayır. Çərşənbə axşamı isə daha üç yoluxma faktı Siciliyada, Palermoda aşkarlanıb. Bölgədə dezinfeksiya işləri ilə əlaqədar məktəblərin bağlanmasına qərar verilib.

Lombardiyanın 10 şəhəri tam təcrid vəziyyətindədir. Lombardiya, Veneto, Emiliya-Romanya, Liguriya, Friuli-Venesiya-Culi də daxil olmaqla, beş ərazidə ciddi karantin tədbirləri görülür, o cümlədən muzeylər, teatrlar, kinoteatrlar, idman salonları və əyləncə məkanları bağlanıb, bütün ictimai tədbirlər və idman oyunları ləğv edilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İtaliya   Koronavirus