Əli Həsənov Anar Məmmədlinin həbsindən danışdı
Ə.Həsənov deyib ki, bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik, lakin Azərbnaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var: "Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmamışdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. İlk növbədə, Azərbaycan dövlətinin maraqlarını, bu qanunların tələblərini nəzərə alıb addımlar atırlar".
PA rəsmisi deyib ki, Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorliuq lazımi açıqlamanı verib və tədqiqat gedir.
Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. Bu barədə Trend Baş Prokurorluğun saytına istinadən məlumat verilib.