Dini təhqirə etdiyinə görə ölüm cəzası ala bilər

Dini təhqirə etdiyinə görə ölüm cəzası ala bilər
  26 Dekabr 2013    Oxunub:1213
Səudiyyə Ərəbistanında blogger və yerli saytlardan birinin redaktoru Raif Bədəvi liberal ideyalar yaydığına görə edam oluna bilər
AzVision.az CNN-ə istinadən məlumat verir ki, bu barədə Bədəvinin həyat yoldaşı məlumat verib.

Hazırda həbsdə olan Bədəvi iyul ayında İslamın təhqir etdiyinə görə 7 il həbs və 600 qamçı zərbəsi ilə cəzalandırılmlışdı. Əsas sübut kimi bloggerin internetdə İslam dini ilə bağlı şərhləri və çıxışları əsas götürülmüşdü. Raif Bədəvi isə öz günahını etiraf etməkdən imtina etmişdi.

Lakin bundan sonra məhkəmə işin “dindən dönmə” maddəsi ilə yenidən başlanmasına qərar verib. Yerli qanunlara görə isə, bu halda məhkumu ölüm hökmü gözləyir. Raif Bədəvinin taleyini ölkənin Ali məhkəməsi müəyyən edəcək.
2012-ci ilin iyulunda “Səudiyyə liberallarına azadlıq” adlı sayt yaradan Raif Bədəvi dinin ölkə cəmiyyətindəki rolu müzakirəyə çıxarılırdı.

Xatırladaq ki, şəriətə əsaslanan məhkəmə sistemi Səudiyyə Ərəbistanında vahid qaydalara tabe deyil. Ölkədə ölüm hökmü əsasən iki yolla: daşa basmaq və başın bədəndən ayrılması yolu ilə həyaat keçirilir.

Vüqar Ismayılov



Teqlər:  





Xəbər lenti