Serakib şəhəri Əsəd qüvvələrindən geri alındı

  27 Fevral 2020    Oxunub : 1221
Serakib şəhəri Əsəd qüvvələrindən geri alındı
İdlibdə Suriya rejiminə qarşı əməliyyat keçirən müxalifət qüvvələri Serakib şəhərini geri alıb.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İdlibin qapısı hesab edilən Serakib strateji əhəmiyyət daşıyır.

Serakib Dəməşq- Hələb əlaqəsini təmin edir. Bu şəhər Əsəd qüvvələrinin İdlibə doğru irəliləməyi seçdiyi əsas yer idi. İki həftədir ki, orada rejimə qarşı müqavimət başlayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Suriya   İdlib