Gürcüstanın Baş Naziri: “Panikaya əsas yoxdur”

Gürcüstanın Baş Naziri:  “Panikaya əsas yoxdur”
  27 Fevral 2020    Oxunub:1932
Koronavirusa görə panikaya heç bir əsas yoxdur, Səhiyyə Nazirliyi və digər aidiyyəti qurumlar vəziyyətə nəzarət edirlər.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya hökumətin iclasında deyib. Onun sözlərinə görə, ölkənin bütün sakinləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əməl etməlidirlər:
"Yanvarın 28-də yaradılan koordinasiya şurası aktiv şəkildə fəaliyyətini davam etdirir və şuranın fəal işi nəticəsində sərhəddə ilk koronavirus qeydə alınıb. Yoluxmuş şəxsin bizim vətəndaşımızla əlaqə saxlamaq imkanı olmayıb. Bu, sərhəddə qeydə alınan ilk hadisədir. Bunun üçün həm Səhiyyə Nazirliyinə, həm də gömrük işçilərinə və sərhədçilərə təşəkkür etmək istəyirəm", - deyə Baş Nazir vurğulayıb.

Xatırladaq ki, fevralın 26-da Gürcüstanda koronavirusa ilk yoluxma halı aşkar edilib. Xəstə İrandan gələn 50 yaşlı Gürcüstan vətəndaşıdır. O, Gürcüstana Azərbaycan ərazisindən keçməklə daxil olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti