Almaniyada koronavirusa yoluxanların sayı artıb

Almaniyada koronavirusa yoluxanların sayı artıb
  27 Fevral 2020    Oxunub:1650
Almaniyada koronavirusa yoluxanların sayı 22-yə yüksəlib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin ZDF kanalı məlumat yayıb.

Şimali Reyn-Vestfaliya federal əyalətində yeni yoluxma halı qeydə alınıb. Bu, həmin bölgədə üçüncü yoluxma hadisəsidir. Hazırda virusa yoluxanların da iştirak etdiyi karnavalın 300-dən artıq iştirakçısı yoxlanılır.

Almaniya hökumətinin sözçüsü Şteffen Seybert bəyan edib ki, ölkə virusun yoluxma hallarının artmasına hazırlaşır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti