“KTMT Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə bilər" - Səfir

“KTMT Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə bilər" -  Səfir
  27 Fevral 2020    Oxunub:2399
KTMT, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığı Ermənistan və Azərbaycan sərhədində sabitliyi təmin edə bilər.
Azvision.az xəbər verir ki, belə açıqlama ilə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin çıxış edib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib: “KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsi, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: KTMT  





Xəbər lenti