Elnur Nağızadə ən yaxşı mətbuat katibi seçildi

Elnur Nağızadə ən yaxşı mətbuat katibi seçildi
  26 Dekabr 2013    Oxunub:5037
Jurnalistlərin Müsahibə Klubu Facebook qrupunda “2013-cü il üçün Dövlət Komissiyaları və Dövlət Agentliklərindən hansı qurumun mətbuat katibi yaxşı fəaliyyət göstərib?” sualı ilə sorğu keçirilib.
Qrupun admini, jurnalist Pərvin Abbasovun AzVision.az-a verdiyi məlumata görə, dekabrın 23-də start verilən sorğu 3 gün davam edib və əvvəlcədən elan olunduğu kimi, dekabrın 25-də saat 00.00-da başa çatıb.

Nəticədə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TDQK) mətbuat katibi (Elnur Nağızadə) 30 səs toplayaraq birinci olub. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat katibi 8 səslə ikinci olub. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuatla yaxşı çalışdığını isə 2 nəfər düşünür.

3 gün müddətdində Müəllif Hüquqları Agentliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Satınalmalar üzrə Dövlət Agentliyinin mətbuat katibinə (mətbuat xidmətinə) səs verən jurnalist olmayıb.

Qeyd edək ki, jurnalistlərin Müsahibə Klubu Facebook qrupunun üzvləri jurnalistlərdən ibarətdir. Qrupun 200 üzvü var.

AzVision.az


Teqlər:  





Xəbər lenti