Gürcüstan giriş-çıxışı məhdudlaşdırdı - Səfirlik məlumatı təsdiqlədi

Gürcüstan giriş-çıxışı məhdudlaşdırdı -  Səfirlik məlumatı təsdiqlədi
  27 Fevral 2020    Oxunub:2019
Gürcüstan Azərbaycanla quru yolu ilə giriş-çıxışa müvəqqəti məhdudiyyət tətbiq edib.
Azvision.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Tbilisidəki səfirliyi bu barədə məlumatı təsdiqləyib.

Məhdudiyyətin 2 həftə ərzində qüvvədə qalması planlaşdırılır.

Səfirlik onu da bildirib ki, bu günə qədər Tbilisi xəstəxanasına koronavirus şübhəsi ilə yerləşdirilənlərin arasında Azərbaycan vətəndaşlarının olub-olmaması barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, ötən gün Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb. İrandan Azərbaycan vasitəsilə vətəninə qayıdan 50 yaşlı Gürcüstan vətəndaşında təhlükəli virus aşkarlanıb. Onun vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Gürcüstan   Səfirlik  





Xəbər lenti