Bayraqdarın istefa verməsi yalan imiş

Bayraqdarın istefa verməsi yalan imiş
  26 Dekabr 2013    Oxunub:1052
Ötən gün mətbuata açıqlamasında istefa verdiyini deyən sabiq şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın yalan dediyi ortaya çıxıb.

AzVision.az-ın məlumatına görə, Türkiyənin rəsmi qəzetində yeni nazirlərin adları açıqlanarkən, bildirilib ki, Ə.Bayraqdar istefa verməyib, o vəzifəsindən azad edilib.

Belə ki, Türkiyə prezidenti yeni kabineti açıqlayarkən qeyd edib ki, ədliyyə naziri Sadullah Ərgin, ailə və sosial məsələlər naziri Fatma Şahin, Avropa İttifaqı işləri üzrə naziri Egemen Bağış, elm, sənaye və texnologiya naziri Nihat Ergün, iqtisadiyyat naziri Zəfər Çağlayan, gənclər və idman naziri Suat Kılıç, daxili işlər naziri Müəmmər Gülər, nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım öz vəzifələrindən istefa veriblər və onların istefası qəbul edilib.

Eləcə də şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdar Baş nazirin təklifi ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, Türkiyədə rüşvət və korrupsiya qalmaqalıdan sonra hökumətin tərkibində köklü dəyişikliklər edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti