Ermənistanda həkimlər etiraz aksiyası keçirdi

  27 Fevral 2020    Oxunub : 1203
Ermənistanda həkimlər etiraz aksiyası keçirdi
Ermənistanda növbəti etiraz aksiyası keçirilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə polis hospitalının işçiləri etiraza qalxıblar.

Hökumətin hospitalın ləğv edilməsi ilə bağlı qərarına etiraz edən həkimlər işsiz qalacaqlarından şikayətləniblər.

"Paşinyanı baş nazir seçdik ki, vəziyyət yaxşı olsun, daha pis oldu" - deyə etirazçılar tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bildiriblər.

Azvision.az

Teqlər: Ermənistan   Aksiya   Etiraz