Cüdo üzrə ölkə birinciliyində fərdi yarışlar başa çatdı
Fərdi yarışların sonuncu günündə daha səkkiz çəki dərəcəsində qaliblər müəyyənləşib.
Oğlanlar arasında Məmmədli Nicat (60 kq), Məmmədəliyev Rəşid (73 kq), Məcidov Cahangir (90 kq) və Feyziyev Camal (+100 kq) bütün görüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Xanım idmançıların mübarizəsində isə Kərimova Vüsalə (48 kq), Səfərova Fəridə (57 kq), Rəşidova Xədicə (70 kq) və Paşazadə Aytəkin (+78 kq) məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıblar. Qalib və mükafatçılara diplom, medal və pul mükafatları təqdim olunub.
Qeyd edək ki, gənc cüdoçuların respublika birinciliyinə fevralın 28-də təşkil olunacaq komanda yarışları ilə yekun vurulacaq.
Azvision.az