İdlibdə Türkiyənin 33 hərbçisi şəhid oldu

 İdlibdə Türkiyənin 33 hərbçisi şəhid oldu
  28 Fevral 2020    Oxunub:5147
Suriyanın İdlib bölgəsində Türkiyə Silahlı Qüvvələri havadan hücuma məruz qalıb.

Azvision.az xəbər verir ki, rejim qüvvələrinin hücumu nəticəsində Türkiyə ordusunun 33 hərbçisi şəhid olub. Çoxlu sayda yaralının olduğu bildirilir. Yaralı hərbçilər Cilvegözü sərhəd-keçid məntəqəsindən Türkiyəyə aparılıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Administrasiyasında təcili toplantı keçirib. Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edib.

Azvision.az



Teqlər: Türkiyə   Şəhid  





Xəbər lenti