Hikmət Atayevin yerinə seçkilər nə vaxt keçiriləcək?

Hikmət Atayevin yerinə seçkilər nə vaxt keçiriləcək?
  14 Mart 2013    Oxunub:1514
110 saylı Zaqatala seçki dairəsindən seçilmiş mərhum deputatın yeri hazırda boşdur
“Hikmət Atayevin yerinə təkrar seçkilərin keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası toplanmalı və qərar qəbul etməlidir”.
AzVision.az-a açıqlamasında bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. O, bildirib ki, 110 saylı Zaqatala seçki dairəsindən seçilmiş deputatın yeri hazırda boşdur, yenidən seçki keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası toplanmalı və qərar qəbul etməlidir.
Azər Sarıyevin sözlərinə görə, hələ ki, iclasın keçirilməsi proqnozlaşdırılmır, lakin elə ola bilər ki, iclas olar və bununla bağlı qərar qəbul edilər.

Qeyd edək ki, Hikmət Atayevin ölümü ilə əlaqədar onun seçildiyi 110 saylı Zaqatala seçki dairəsi də boşalmış dairə olaraq Milli Məclisin saytındakı siyahıdan çıxarılıb. Eyni zamanda deputatın adı üzv olduğu Milli Məclisin Sosial siyasət komitəsindən də çıxarılıb.

Xatırladaq ki, parlamentin mərhum deputatı Hikmət Atayev martın 7-də Gürcüstan-Balakən yolunda baş vermiş avtomobil qəzasında dünyasını dəyişib.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti