“İdlibdə dərhal atəşkəs elan edilsin” - BMT-dən təcili çağırış

“İdlibdə dərhal atəşkəs elan edilsin” -  BMT-dən təcili çağırış
  28 Fevral 2020    Oxunub:2250
İdlibdə dərhal atəşkəs elan edilməlidir.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin bəyanatında bildirilir.

Quterreş İdlibdə türk əsgərlərinin itkisindən dərin narahatlığını ifadə edərək, dərhal atəşkəs elan etməyə çağırıb. O bildirib ki, bölgədə gərginlik mülki şəxslər üçün riski artırır, bu da xüsusi narahatlıq doğurur.

Baş katib, həmçinin vurğulayıb ki, təcili tədbirlər görülməsə, gərginliyin hər saatda artma riski var: “Suriyadakı böhranın hərbi həlli yoxdur. Problem BMT-nin nəzarəti altında siyasi yolla həll olunmalıdır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: BMT   Suriya  





Xəbər lenti