“Rusiya türk hərbçilərə zərbə endirməyib” - Müdafiə Nazirliyi

“Rusiya türk hərbçilərə zərbə endirməyib” -  Müdafiə Nazirliyi
  28 Fevral 2020    Oxunub:2649
Rusiya Hərbi Hava Qüvvələri türk əsgərlərinin şəhid olduğu Suriyanın Behun qəsəbəsi ərazisinə zərbə endirməyib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Behun qəsəbəsi ərazisindəki Rusiya Hava Kosmik Qüvvələrinin aviasiyasından istifadə edilməyib”, - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Türkiyə tərəfinin Rusiya Razılaşma Mərkəzinə verdiyi məlumata görə, Behun bölgəsində Türk Silahlı Qüvvələrinin heç bir bölməsi olmamalı idi: "Türkiyə tərəfi orada qüvvələrinin olması barədə bizi məlumatlandırmayıb".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya  





Xəbər lenti