Konqresmen Xocalı ilə bağlı bəyanat verdi

 Konqresmen Xocalı ilə bağlı bəyanat verdi
  28 Fevral 2020    Oxunub:2488
ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupun üzvü, Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən Azvision.az -a verilən məlumata görə, Konqres üzvü bəyanatında Xocalı faciəsi qurbanlarının xatirəsini anaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə qadın və uşaqlar daxil olmaqla Xocalıda 613 azərbaycanlının qətlə yetirildiyini vurğulayıb.

V.Foks Xocalı faciəsi günü yüzlərlə insanın həyatını itirdiyini, ailələrin məhv edildiyi, şəhərin dağıdıldığını qeyd edərək 1994-cü ildə atəşkəsin əldə edilməsinə baxmayaraq münaqişənin hələ də həll edilmədiyini bildirib.

Bəyanatda Xocalı faciəsinin baş verdiyi 1992-ci ildə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin qurulduğu, o zamandan etibarən Azərbaycanın terrorçuluqla mübarizədə ABŞ-ın əsas tərəfdaşı olduğu, habelə iki ölkə arasında Ticarət Əlaqələri Sazişi və İkitərəfli İnvestisiya Müqaviləsinin olduğu vurğulanıb.

Konqres üzvü Azərbaycanla dərinləşən əlaqələr fonunda ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstəyinin vacibliyini qeyd edib.

Sonda V.Foks münaqişənin tezliklə həlli üçün tərəflərin birgə işləməsinə ehtiyac olduğunu qeyd edərək Xocalı faciəsində həyatını itirmiş insanların xatirəsini bir daha yad edib.

Azvision.az



Teqlər: ABŞ   Konqress   Xocalı  





Xəbər lenti