Türkiyə mühacirlərin Avropaya yolunu açdı

 Türkiyə mühacirlərin Avropaya yolunu açdı
  28 Fevral 2020    Oxunub:2603
İdlibdə artan gərginlik və şəhid xəbərlərindən sonra Türkiyə Suriyadan gəlməsi ehtimal olunan mühacirlərin quru və dəniz yolu ilə Avropaya getməyinə mane olmamaq qərarına gəlib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib ki, Türkiyənin mühacirlərə qarşı siyasəti dəyişməyib: "Bizim siyasətimiz dəyişməyib. Ancaq Türkiyə mühacirləri ölkədə saxlamaq gücündə deyil".

Bu qərardan sonra bir qrup mühacir Yunanıstana getmək üçün sərhədə üz tutub. Digər mühacir düşərgələrindən də bu məqsədlə hərəkət başlayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Suriya   İdlib   Mühacir  





Xəbər lenti