AzVision.az xəbər verir ki, əvvəlcə dövlət başçısı Bilgəh-Novxanı-Xırdalan avtomobil yolunda qovşaqların və piyada keçidlərinin tikintisini əks etdirən plana baxıb.
Prezident İlham Əliyev yenidən qurulan Zabrat-Kürdəxanı-Pirşağı avtomobil yolunun texniki göstəriciləri ilə tanış olub.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verib ki, birinci texniki dərəcəli dördzolaqlı yolun hərəkət hissəsinin eni 15 metrdir. Yenidənqurma işləri Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində aparılmışdır.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
AzVision.az