Ankarada Rusiya səfirliyinin təhlükəsizliyi gücləndirilib

Ankarada Rusiya səfirliyinin təhlükəsizliyi gücləndirilib
  28 Fevral 2020    Oxunub:1579
Suriyanın İdlib bölgəsində 33 türk əsgərinin ölümündən sonra Türkiyə Rusiyanın paytaxt Ankaradakı səfirliyində təhlükəsizlik tədbirlərini gücləndirib.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfirliyin binasının ətrafında bir neçə polis avtomobili növbə çəkir. Həmçinin, polis dəstələri gücləndirilmiş qaydada Rusiya diplomatik nümayəndəliyinə bitişik küçələrdə vəziyyətə nəzarət edir.

Səfirliyə yaxın məktəblər təhlükəsizlik səbəbiylə bağlanıb. Ümumiyyətlə, hazırda səfirlik ərazisində vəziyyət qaydasındadır.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Rusiya   Ankara   Səfirlik  





Xəbər lenti