Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib

  28 Fevral 2020    Oxunub : 2110
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
"İdlibdə xain hücumdan sonra helikopterlərlə, PUA-larla və qurudan rejimin 200-dən çox hədəfi ağır atəşə tutulub".
Azvision.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, zərbələr nəticəsində Əsəd ordusunun 5 helikopteri, 23 tank, 23 top və haubitsa, SA-17, SA-22 hava hücumundan müdafiə sistemi məhv edilib, 309 hərbçi zərərsizləşdirilib.

"Qüvvələrimizin yerləşdiyi ərazilər daha əvvəl Rusiyanın bölgədəki səlahiyyətliləri ilə koordinasiya edilsə də, bu hücum həyata keçirildi. İlk atışdan sonra xəbərdarlıq edildi, amma atəş davam etdi. Hava hücumları zamanı təcili yardım maşınları da vuruldu”, - deyə Akar əlavə edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Türkiyə   Hulusi-Akar