Prezidentliyə namizəd oğrunu peşman etdi

Prezidentliyə namizəd oğrunu peşman etdi
  26 Dekabr 2013    Oxunub:1181
Uruqvaylı siyasətçi Xorxe Saraviyo evini müdafiə etmək üçün odlu silahdan istifadə edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Uruqvay prezidenti Xorxe Saraviyonun evinə basqın edən oğrulara atəş açaraq onları əliboş yola salıb.

Hadisə ötən gecə 55 yaşlı senator və prezidentliyə namizəd Xorxe Saraviya paytaxt Montevideonun Melilya səmtindəki evində şam edərkən baş verib. 3 naməlum şəxs evə səssiz daxil olublar. Mətbəxdə onlardan biri ilə üz-üzə gələn siyasətçi özünü itirməyərək otağında saxladığı tapançaya əl atıb. Baş verən atışmada oğrular uğursuzluğa düçar olduqlarını görüb evi tərk ediblər. Artıq Uruqvay polisi onların axtarışına başlayıb.

Xatırladaq ki, Xorxe Saraviya konservativ Uruqvay Milli partiyasının üzvüdür və 2014-cü ilin oktyabrında keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətində olduğunu dilə gətirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti