NATO-dan İdlib açıqlaması: “Türkiyənin yanındayıq”

NATO-dan İdlib açıqlaması:  “Türkiyənin yanındayıq”
  28 Fevral 2020    Oxunub:2827
Türkiyənin tələbi ilə keçirilən NATO-nun fövqəladə toplantısı başa çatıb.
Azvision.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib. Baş Katib İdlibdə türk hərbçilərinə edilən hücumu qınadığını deyib.

"Türkiyə çox dəyərli müttəfiqimizdir. Biz NATO olaraq Türkiyənin yanındayıq. NATO Türkiyəyə dəstəyini bir neçə istiqamətdə göstərəcək. Birincisi, hava məkanını qoruma ilə olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayanmasını təmin edəcək. NATO cənub-şərq sərhədlərini qorumağa davam edəcək", - deyə Stoltenberq vurğulayıb.

Kənan Məmmədov
Azvision.az


Teqlər: NATO   Türkiyə   İdlib  





Xəbər lenti