“Cənub Qaz Dəhlizi genişləndirilə bilən layihədir” - ABŞ rəsmisi

“Cənub Qaz Dəhlizi genişləndirilə bilən layihədir” -  ABŞ rəsmisi
  28 Fevral 2020    Oxunub:1694
ABŞ-ın Bakıdakı səfirliyi Birləşmiş Ştatların Enerji Diplomatiyasi üzrə dövlət katibinin köməkçisinin müavini Kurt Donilinin Azərbaycana səfəri ilə bağlı məlumat yayıb.
Səfirlikdən Azvision.az -a verilən məlumatda bildirilib ki, ABŞ rəsmisi 26-28 fevral tarixində Prezident İlham Əliyev və Energetika naziri Pərviz Şahbazov, digər Azərbaycan rəsmiləri ilə görümək və Cənub Qaz Dəhlizinin Məşvərət Surası çərçivəsində nazirlərin görüşündə iştirak etmək üçün Bakıya səfər edib.

Donili Birləşmiş Ştatların Cənub Qaz Dəhlizinə verdiyi dəstəyi yenidən vurğulayıb. O, Cənub Qaz Dəhlizi layihəsini “məqsədlərimizin əldə olunması üçün birgə işləyərək qazandığımız nailiyyətin təsdiqidir”, deyib.

“Bizim buraya toplaşmağımızın səbəbi sözügedən birgə məqsədə sadiq olmağımızın, layihənin uğurla başa çatdırılmasına və birgə məqsədlərimizə dair olan öhdəliyin işarəsidir”.

Dövlət katibinin köməkçisinin müavini Donili, həmçinin Birləşmiş Ştatların layihəyə qatılan bütün tərəfdaşlarla birgə işləyərək, qaz dəhlizinin davamlı uğurunu təmin etmək isləyini bildirib.

Donili “Cənub Qaz Dəhlizi borusu genişləndirilə bilən bir layihədir və biz ümid edirik ki, digər potensial enerji təzhizatçıları enerji təhlükəsizliyinə təkan verərək bu layihədən bəhrələnə biləcəklər”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti