Avroliqada 1/8 finalın püşkü atıldı - SİYAHI

Avroliqada 1/8 finalın püşkü atıldı -  SİYAHI
  28 Fevral 2020    Oxunub:3520
Bu gün futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün səkkizdəbir final mərhələsinin püşkü atılıb.
Azvision.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimində rəqiblər müəyyənləşib.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

“Başakşehir” (Türkiyə) - “Kopenhagen” (Danimarka);

“Olimpiakos” (Yunanıstan) - “Vulverhempton” (İngiltərə);

“Qlazqo Reyncers” (Şotlandiya) - “Bayer Leverkusen” (Almaniya);

“Volfsburq” (Almaniya) - “Şaxtyor Donetsk” (Ukrayna);

“İnter” (İtaliya) - “Xetafe” (İspaniya);

“Sevilya” (İspaniya) - “Roma” (İtaliya);

“Ayntraxt” (Frankfurt, Almaniya) / “Zaltsburq” (Avstriya) cütünün qalibi - “Bazel” (İsveçrə);

LASK (Avstriya) - “Mançester Yunayted” (İngiltərə).

İlk oyunlar martın 12-də, cavab görüşləri isə martın 19-da olacaq.

Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.

Azvision.az


Teqlər: UEFA   Avroliqa  





Xəbər lenti