Nazirlik sovet əmanətçilərinə 5 gün vaxt verdi

Nazirlik sovet əmanətçilərinə 5 gün vaxt verdi
  26 Dekabr 2013    Oxunub:1076
Nazirlikdən vətəndaşlara xəbərdarlıq.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin Bankın hüquqi varisi “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətində bu Fərman qüvvəyə mindiyi tarixə şəxsi əmanət hesablarının qalıqlarını saxlamış vətəndaşlarına və ya onların vərəsələrinə fərdi birdəfəlik ödəmələr verilməsi 31 dekabr 2013-cü il tarixində başa çatır.

Birdəfəlik ödəmənin alınması üçün “Kapital Bank “ASC-nin filiallarına 31 dekabr 2012-ci il tarixinə qədər müraciət etmiş vətəndaşların mütləq əksəriyyəti birdəfəlik ödəmə ilə təmin olunub.

Fərdi birdəfəlik ödəməni almaq üçün müvəkkil banka ərizə ilə müraciət etmiş əmanətçilərin bir qisminə Bank tərəfindən birdəfəlik ödəmə təyin olunmasına baxmayaraq, həmin əmanətçilər Bankın müvafiq filiallarından onlara təyin olunmuş pul vəsaitlərini bu günədək gəlib almayıblar.

Rəsmi məlumatda fərdi birdəfəlik ödəmələrin verilməsi prosesinin 2013-cü il 31 dekabr tarixində başa çatacağını nəzərə alaraq, Maliyyə Nazirliyinin nəzdində Fərdi Birdəfəlik Ödəmələrin Verilməsi üzrə Xüsusi Kommissiya həmin əmanətçiləri birdəfəlik ödəmənin alınması ilə bağlı qeyd olunan tarixədək “Kapital Bank “ASC-nin müvafiq filiallarına müraciət etməyə çağırılıb.

Nazirlikdən həmçinin bildirilib ki, hazırda yekunlaşmaq üzrə olan proses barədə ətraflı məlumat hazırlanır və yaxın günlərdə kütləvi informasiya vasitələrinə təqdim olunacaq.

Şahanə RƏHİMLİ



Teqlər:  





Xəbər lenti