Karateçimiz Avstriyada finala yüksəlib

Yarışın ilk günü kumite yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mübarizə aparıblar.
Karateçilərimizdən Rafiz Həsənov uğurla çıxış edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi İtaliya təmsilçisi Luka Mareska olacaq.
Azvision.az