Paşinyanın qızı ictimai fəalı məhkəməyə verib

Paşinyanın qızı ictimai fəalı məhkəməyə verib
  29 Fevral 2020    Oxunub:4614
Ermənistanın baş naziri Nikol Paşinyanın qızı Şuşan Paşinyan "Vətəndaş şüuru" ictimai təşkilatının rəhbəri Narek Samsonyanı məhkəməyə verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Şuşan iddia ərizəsində Samsonyanın onun ailəsi barədə böhtan xarakterli məlumatlar səsləndirdiyini və buna görə təkzib verməsini tələb edir.

Qeyd edək ki, şikayət ərizəsi fevralın 26-da məhkəməyə təqdim olunub və iş hakim Zarui Naxşkaryanın icraatındadır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan   Məhkəmə  





Xəbər lenti