Yaponiyada koronavirusa yoluxanların sayı 942 nəfərə çatıb

Yaponiyada koronavirusa yoluxanların sayı 942 nəfərə çatıb
  29 Fevral 2020    Oxunub:2305
Yaponiyada “Diamond Princess” gəmisindəki 705 nəfər daxil olmaqla, koronavirusa yoluxanların sayı 942-yə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, virus ölkənin 47 prefekturasının yarısında yayılıb. Ən çox yoluxanlar 67 nəfər olmaqla, ölkənin şimalındakı Hokkaydo prefekturasında qeydə alınıb. Tokioda 36 koronavirus infeksiyası təsdiqlənib, bu günə qədər 11 nəfər ölüb.

Ölkədə kütləvi tədbirlər ləğv edilib, əyləncə parkları, dövlət kitabxanaları, muzeylər bağlanıb.

Bu gündən martın 15-nə qədər Tokiodakı Disneyland və Disney Sea, Osakadakı “Universal Studio Japan” əyləncə parkı ziyarətçilər üçün bağlı elan olunub. Mart ayının sonu aprelin əvvəlinə planlaşdırılan bütün tədbirlər ləğv edilib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Yaponoya   Koronavirus  





Xəbər lenti