Ukraynada Qələbə Günü qeyd olunmayacaq

Ukraynada Qələbə Günü qeyd olunmayacaq
  29 Fevral 2020    Oxunub:1550
Ukrayna mayın 9-da Qələbə Gününü qeyd etməkdən imtina edib.
Azvision.az xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Vadim Pristayko "Ukrayna 24" telekanalına müsahibəsində deyib.

“Ukrayna Avropa ölkələri kimi İkinci Dünya Müharibəsinin niyə baş verdiyini anlamağa çalışır, bir-birimizi bağışlamağa hazırıq. Hesab edirik ki, bayramı qeyd etməyimiz məhz bu istiqamətdə olmalıdır", - deyə nazir bildirib.

Xatırladaq ki, Ukraynada mayın 8-də 2015-ci ildə təsis edilmiş “Xatirə və barışıq Günü” qeyd olunur.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ukrayna   Qələbə-Günü  





Xəbər lenti