Parisdə qarşıdurma oldu: 71 nəfər saxlanıldı

Parisdə qarşıdurma oldu:  71 nəfər saxlanıldı
  29 Fevral 2020    Oxunub:1548
Fransanın paytaxtı Parisdə Lyon vağzalı yaxınlığında qarşıdurma zamanı saxlanılan şəxslərin sayı 71 nəfərə çatıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ötən gün vağzalın yerləşdiyi Berci küçəsində baş verib. Polis hadisəyə müdaxilə edib.

Məlumata görə, etirazçılar Konqodan olan müğənni Falli İpupanın çıxış etməli olduğu "AccorHotel Arena"nın yaxınlığında toplaşıblar.

Konqonun hazırkı hakimiyyətinə qarşı çıxan bu ölkənin Fransadakı diaspor fəalları ifaçını prezident Feliks Çisekedi, eləcə də, sələfi Cozef Kabila ilə yaxın münasibətlərdə ittiham ediblər. Bu isə qarşıdurmaya ilə nəticələnib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paris   Fransa  





Xəbər lenti