"Putinə dedim ki, sizin Suriyada nə işiniz var?" - Ərdoğan

 "Putinə dedim ki, sizin Suriyada nə işiniz var?" -  Ərdoğan
  29 Fevral 2020    Oxunub:2223
"Suriya məsələsi Türkiyə üçün əsla bir macəra və ya sərhədlərini genişləndirmə səyi deyil. Təəssüf edirik ki, ölkəmizin Suriyadakı mübarizəsinin mənasını hələ də dərk etməyənlər var".
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyə Suriyadakı mübarizəsində bölgədə təsiri olan qüvvələrlə dialoqun davam etdirilməsinə önəm verdi.

"İdlib məsələsi ölkəmizi küncə sıxışdırmaq, uğurlarımızı əlimizdən almaq üçün hazırlanmış bir oyun olaraq meydana çıxdı. Rejimin qanlı hücumları səbəbindən 4 milyona yaxın insan sərhədlərimizə doğru irəlilədi. 1.5 milyon insan hazırda sərhədlərimizdədir. Türkiyə yeni qaçqın dalğasını qaldıracaq vəziyyətdə deyil. Biz oraya Əsədin deyil, Suriya xalqının dəvəti ilə getdik. Suriya xalqı bu iş bitdi demədən oradan çıxmaq niyyətində deyilik. Dünən cənab Putinə də "orada nə işiniz var, yoldan çəkilin, bizi rejimlə üz-üzə buraxın”, dedim",- Ərdoğan əlavə edib.

Pərvanə Sultanova
Azvision.az





Teqlər: Ərdoğan   Türkiyə  





Xəbər lenti