Türkiyə İdlibdə 36 şəhid verib
"İdlib əməliyyatında əvvəlki gün 34 şəhidimiz var idi, amma sonra onların sayı 36-ya yüksəldi. Şəhidlərimizin qanını yerdə qoymuruq. İndiyə qədər 2100-dən çox rejim yaraqlısı öldürülüb, 300-ə yaxın hərbi vasitə məhv edilib. Dünən gecə kimyəvi məhsulların olduğu 7 anbar partladılıb. Vəziyyətin bu nöqtəyə çatmasını istəməzdik. Ancaq bizi buna məcbur etdikləri üçün nəticələrə də dözməlidirlər",- deyə Türkiyə Prezidenti vurğulayıb.
Pərvanə Sultanova
Azvision.az