Azərbaycanda universitet rektoru işdən çıxarıldı

Azərbaycanda universitet rektoru işdən çıxarıldı
  26 Dekabr 2013    Oxunub:1363
Gəncə Dövlət Universitetinin rektoru Yadigar Əliyev tutduğu vəzifədən azad olunub.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Yadigar Əliyev ölkə prezidentinin sərəncamı ilə dekabrın 23-də vəzifəsindən azad olunub.

Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edilib.

Yadigar Əliyev elmi-pedaqoji fəaliyyətini GDU-da davam etdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti